Ətraflı
Giləzidə ferma satılır 5 hektar (500sot). Bütün sənədləri qaydasındadır (iki ədəd 250sot). Şəhərdən 70km ərazidə, 1-1.5 saatlıq yolda, dəniz kənarında, magistral yolun və yeni ödənişli yolun dairəvi çıxışında yerləşir. Bütün ərazi hasarlanıb. Əraziyə aşağıdakilər daxildir:
Ev – 80kv, yaxşı vəziyyətdə, bütün şəraiti ilə.
Vaqon – 20kv, yaxşı vəziyyətdə
Tövlə - 330 kv, 1 ilə yaxındırki inşa olunub. İçərisində bütün şərait var – balalar üçün ayrı yer, doğum üçün yer və s.
Ambar – 40kv, daxilində 3 fazalı dəyirman var, bir kisəni 15-20 dəqiqəyə üyüdür.
Qazanxana – 40kv, 2 ədəd istənilən yanacaqla (dizel, mazut, işlənmiş yağ, odun və s.) çalışan qazan (kotel)
2 ədəd istixana: birincisi – 1500kv, yaxşı vəziyyətdə, üzərisinə plyonka çekilməli və xırda təmir işləri görülməlidir; ikincisi – 2000kv – yarısı işlək vəziyyətdədir, yarısına isə əl gəzdirmək lazımdır. Hər iki istixanada karkas (metall), istilik borusu və damcılı suvarma sistemi çəkilib.
Hin – 70kv
Hin – 2 ədəd 40 kv
Evin arxasında göl – 8x8x4 m suvarma üçün istifadə olunur
Transformator – 25k (15kilovatlıq), yepyeni, 3 fazalı işıq xətti,
Dizel ilə çalışan generator (15 kilovatlıq qoşanda)
Su nasosu
Qaynaq aparati (svarka)
2 ədəd 300lük inkubator
Hal hazırda 200dən çox ağac var – heyva, nar, alma, zeytun – hamısı bar verir
Ərazinin 3 hektarında hal hazırda yonca əkilib.
Parnikdə vaxtıyla 35 sot ərazidən 50 ton patron xiyar yetişdirilib. Bundan əlavə ərazidə arpa, heyva, yonca, xiyar, zeytun, kələm (həm sadə, həm gül), kahı, nar, qarpız, yemiş, balqabaq rahatlıqla yetişir. Bu hələ yoxladıqlarımızdır.
Fermanın yanında kanal yerləşir – danışıb balıqçılıqlada məşqul olmaq olar.
Qaz, işıq sayğacla çalışır, əsas qaz borusu ərazinin düz qarşısından keçir, lazım gələrsə böyük həcmdə istifadə üçün yeni boruda rahatlıqla çəkilə bilər. Su daimidir və sabit qiymətə məhdudiyyətsiz istifadə etmək olar.
Alıcıya işçi qüvvəsi ilə, baytar və aqronomla bütün köməkliyi edə bilərik. Hal hazırda xırda quşçuluq və mal-qaraynan məşquluq ərazidə. Minimal investisiya ilə demək olar ki bütün xərclərini qarşılayır və gəlir gətirir.
Hazırda Giləzidə:
1.İnək 1 baş yeni doğub erkək danası ılə
2.Boğaz inəklər (yaxın vaxtlarda doğmalıdırlar) 7 baş
3.Erkək dana 2 baş, 1-i damazlıqdır.
4. Dana 5 baş
5.Keçi cins dişi 13 baş
6. Keçi cins erkək 7 baş(2-i damazlıq, qalanı satışa)
7. Keçi dişi 26 baş
8. Keçi erkək 1 baş
9. 16 keçi doğub 16 çəpiş
10. Toyuq 96
11. Qaz 87
12. Hinduşka 6
13. Ördək 105 ( onlardan 32-i lal ördək)
14. Sesar 2
Barter edirəm
Əmlak, ev , obyekt, maşına barter olunur