Yeni elan

2 otaqlı - 46 m² mənzil satılır

55 000 AZN
2 otaqlı - 46 m² mənzil satılır
  • Elanın növü
    Satılır
    Otaq sayı
    2
    Sahə m²
    46 m²
    Yerləşmə yeri
    M.Ə.Rəsulzadə qəsəbəsi
  • Şəhər
    Bakı
  • Ətraflı
    Təcili dəyərindən ucuz qiymətə M.Ə.Rəsulzadə (köhnə adı ilə Pasyolka Kirov) qəsəbəsində 3 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 2 otaqlı mənzil satılır. Mənzilin 1 qonaq otağı, 1 yataq otağı, 1 mətbəxi, 1 hamam-tualeti (bir yerdədir) və 1 geniş eyvanı (balkonu) var. Sizin istəyinizdən asılı olaraq eyvanı tikib, əlavə bir otaq da etmək olar. Mənzilin ümumi sahəsi 45.90 kvadratmetrdir. Qazı, suyu, işığı daimidir. Mənzilin çıxarışı (kupçası) var. Çıxarış mənim adımadır. Mənzildə qeydiyyatda heç kəs yoxdur. Yaxınlıqda avtobus dayanacağı, "Araz" və "Spar" supermarketləri, "Ucuzluq" univermağı, bir neçə apteklər, kafe-restoran, 99 və 100 nömrəli məktəblər, Ə.D.Məlikov adına 6 nömrəli xəstəxana və s. kimi müxtəlif təyinatlı məkanlar yerləşir. Aşağıda qeyd etdiyim şəxslər: - 55.000 AZN nağd pulu olmayan şəxslər. - Bir qədər pulu olub, çatışmayan məbləğin üzərinə, kredit götürməklə, borc almaqla, daşınmaz əmlakını satmaqla qeyri-müəyyən vaxta qədər gözlətdirəcək olan şəxslər. - Öncədən beh verib, gözlətdirmək istəyən şəxslər. - Mənzilə gəlib baxmadan telefonda qiymət söhbəti edəcək şəxslər. - Mənzil almağa ciddi fikri və ya pulu olmayıb, boş-bekarçılıqdan zəng edib, maraqlanan şəxslər. Yuxarıda sadaladıqlarım hallardan hər-hansısa birini edəcəksinizsə, xahiş edirəm, zəhmət olmasa zəng vurub, narahat etməyin. Mənzil mənimdir. Mən mülkiyyətçiyəm, makler deyiləm. Mənzilə gəlib baxdıqdan sonra real alıcı ilə qiymətdə razılaşmaq olar. Real alıcı üçün qiymətdə endirim ediləcək.
    Barter edirəm
    Maraqlı barter təkliflərinizi göndərin!
    Bölmə
    Mənzillər
  • Elanın nömrəsi
    11262
    Seçilmişlərdə
    0
    Baxış sayı
    2126
    Yerləşdirilmə tarixi
    10.07.2021 11:18
  • Paylaş